23 noyabr 2015
Noyabrın 23-də Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 340 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak edib...
Ümumdünya Uşaq Günü münasibətilə Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyasına start verilib. Aksiya çərçivəsində tanınmış ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə yerli və xarici həkim briqadaları tərəfindən anadangəlmə ürək qüsurundan əziyyət çəkən 200-dən çox uşağın...
19 noyabr 2015
“Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycanın iştirakının yekunları ilə əlaqədar noyabrın 19-da Heydər Əliyev Mərkəzində mətbuat konfransı keçirilib. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan pavilyonu layihəsinin həyata keçirilməsi ilə bağlı görülən işlərdən danışıb...
19 noyabr 2015
Noyabrın 19-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Cəlilabadda talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə kömək məqsədilə keçirilən qanvermə aksiyasında 115 könüllü iştirak edib. Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə reallaşan aksiyaya rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların nümayəndələri qatılıblar...
17 noyabr 2015
Noyabrın 17-də UNESCO-nun Nizamnaməsinin qəbulunun 70 illiyi münasibətilə Parisdə təşkilatın Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər. Dövlətimizin başçısı və xanımı Forumda iştirak etmək üçün...