Xəbərlər

144533182056988628_1000x669.jpg

Oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə 45-dən çox ölkədə 150-dən artıq rəmzi abidə, bina, muzey, körpü və digər əlamətdar binalar Birləşmiş Millətlər Təşkilatının rəsmi rəngi olan mavi rəngdə işıqlandırılacaq...

QUR1.jpg

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyilə Azərbaycanın tanınmış ifaçısı Murad Sadıq və 13 yaşlı Gülnaz Talıbova “Belaya trost” beynəlxalq xeyriyyə festivalında iştirak ediblər. Festival Rusiyanın Əməkdar Artisti Diana Qurtskayanın “Ürəyin çağırışı ilə” zəif və ya tamamilə görməyən uşaqlara yardım fondunun təşkilatçılığı ilə keçirilir...

ROMA9897.jpg

Oktyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb. Qonaqları Heydər Əliyev Fondunda salamlayan Mehriban Əliyeva Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında ikitərəfli əlaqələrdən danışıb. O, ölkəmizin müstəqilliyini bərpa edəndən sonra Amerika...

AQDAM-6.jpg

Oktyabrın 8-də Ağdam rayonunun cəbhə zonasında yerləşən Evoğlu kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən körpələr evi-uşaq bağçası istifadəyə verilib. İkimərtəbəli 100 çarpayılıq körpələr evində uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb...

14442538312797060897_1000x669.jpg

Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib. Azərbaycanın Braziliyadakı səfirliyindən bildiriblər ki, tədbirdə çıxış edən səfir Elnur Sultanov Arzu Əliyevanın layihə rəhbəri olduğu sənədli filmin faşizm üzərində...