17 noyabr 2013
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə.” şüarı altında uşaqlar arasında noyabrın 15-dən keçirilən ikinci Beynəlxalq konfrans başa çatıb. Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Belarus, Ukrayna və digər ölkələrdən...
16 noyabr 2013
Təl-Əvivin “Dan Panorama” otelində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 22-ci ildönümünə həsr olunmuş qəbul keçirilib. Qəbul Heydər Əliyev Fondu, İsrailin Xarici İşlər Nazirliyi və “Caspian Drilling Company” şirkətinin dəstəyi ilə “Azİz” beynəlxalq assosiasiyası tərəfindən Azərbaycanın Müstəqilliyi Günü ilə əlaqədar təşkil olunmuş tədbirlər çərçivəsində keçirilib...
15 noyabr 2013
Noyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində Qala qəsəbəsində “Yenidən istifadə et. Azalt. Çeşidlə.” (“Reuse. Reduce. Recycle.”) şüarı altında uşaqların ikinci beynəlxalq konfransı öz işinə başlayıb. Qeyd edək ki, 15 noyabr - Tullantıların Çeşidlənməsi Günüdür...
Noyabrın 14-də Heydər Əliyev Fondu Almaniyada “Azərbaycanı tanıdım” layihəsi çərçivəsində daha bir tədbir keçirib.Azərbaycanın Ştutqartdakı fəxri konsulluğunun dəstəyi ilə bu şəhərdə “Azərbaycan gecəsi” təşkil edilib. “Azərbaycan gecəsi”ndə Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyevin musiqiləri, Xalq Artisti Fərhad Bədəlbəyli və Murad Hüseynovun...
13 noyabr 2013
Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə noyabrın 13-də Parisdəki Azərbaycan mədəniyyət mərkəzində Nizami Gəncəviyə həsr olunan konsert təşkil edilib. Aparıcı Alen Tremolier dünyaşöhrətli şair Nizami Gəncəvinin (1141-1209) Azərbaycanın ikinci böyük şəhəri olan qədim Gəncədə dünyaya göz açdığını, yüksək insani dəyərlərin təsvir edildiyi...