25 iyun 2013
İyunun 25-də 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası olub. Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva iclasda iştirak edib. Mehriban Əliyeva iclasda çıxış etdi. Atletlər kəndinin master planını təqdim edən gənclər və idman naziri Azad Rəhimov Olimpiya kəndində aparılan işlərdən danışaraq bildirdi...
Azərbaycanın Liviyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin dövlət mətbu orqanı olan “Libya əl-Əxbariyyə” qəzetində “Heydər Əliyev Fondu: İstedadların dəstəklənməsi, Azərbaycan mədəniyyətinin təbliği, sərgilərin təşkili və elmi araşdırmalara töhfə” sərlövhəli məqalə dərc olunub. Məqalədə bildirilir ki, Heydər Əliyev Fondu Azərbaycan tarixinə müstəqil müasir dövlətin...
Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə iyunun 21-də Heydər Əliyev Mərkəzində açılmış XX əsrin məşhur rəssamı Endi Vorholun əsərlərindən ibarət sərgi ərəfəsində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində dünya şöhrətli rəssamın əsərlərinin reproduksiyasını əhatə edən kataloq Azərbaycan və ingilis dillərində...
22 iyun 2013
Artfetch.com Venesiya Biennalesində Azərbaycan pavilyonunu 5 ən möhtəşəm pavilyon sırasına daxil edib. Məqalənin müəllifi A.J.Samuels builki sərgidə qeyri-Qərb pavilyonlarının daha böyük təəssürat doğurduğunu, orada təqdim olunan əsərlərin daha dərin əlaqələr yaratdığını, mədəni imperializmi tanıdığını, lakin sürprizlərlə ondan uzaqlaşdığını qeyd edir...
21 iyun 2013
İyunun 21-də Heydər Əliyev Fondunun və Endi Vorhol Muzeyinin birgə dəstəyi ilə Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamı Endi Vorholun əsərlərindən ibarət “Həyat, ölüm və gözəllik” mövzusunda sərgi açılıb. Açılış mərasimində Endi Vorhol Muzeyinin təmsilçiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər...