Xəbərlər

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva 2011-ci il üçün “Birlik Ulduzları” dövlətlərarası mükafatına layiq görülmüşdür. Bu yüksək mükafat ona humanitar fəaliyyətinə görə verilmişdir...

file1334034615606.jpg

Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 9-da Heydər Əliyev Fondunda olmuşdur.Valentina Matviyenkoya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir...

Aprelin 6-7-də Bakıda “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadası (“İnepo-Avrasiya”) keçirilmişdir.Olimpiada Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Çağ” Öyrətim İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin birgə təşkilatçılığı və İctimai Televiziya və Radio Yayımları Şirkətinin informasiya dəstəyi ilə təşkil olunmuşdur...

FOND-UKRAYNA-BASH NAZIR-ZIYARAT.JPG

Azərbaycanda səfərdə olan Ukraynanın Baş naziri Nikolay Azarovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 4-də Heydər Əliyev Fondunda olmuşdur.Baş nazir Nikolay Azarova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir...

03.JPG

“Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadasının (“İnepo-Avrasiya”) iştirakçıları aprelin 4-də Heydər Əliyev Fondunda olmuşlar.Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir...