30 may 2011
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin dəstəyi ilə Əskişəhirdə 28 May-Respublika Günü geniş qeyd olunmuşdur.Əskişəhir Azərbaycanlıları Dərnəyi bayram tədbirləri çərçivəsində “Qardaş Azərbaycanı tanıyaq” adlı fotosərgi təşkil etmişdir. Burada Azərbaycan Demokratik Respublikası və ikinci dəfə müstəqilliyinə qovuşmuş müasir Azərbaycanın uğurları ilə bağlı fotoşəkillər nümayiş etdirilmişdir...
19 may 2011
Xəbər verildiyi kimi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə mayın 17-də Moskvada, Dövlət Kreml sarayında Azərbaycanın müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir...
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Çexiya Respublikasının Prezidenti Vatslav Klaus və xanımı Liviya Klausova mayın 17-də Heydər Əliyev Fondunda olmuşlar. Çexiya dövlətinin başçısını və xanımını Azərbaycan Prezidenti İlham Əliyev qarşıladı. Prezident İlham Əliyev ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti ...
Mayın 17-də Moskvada Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan “Azərbaycan gecəsi” adlı təntənəli mərasim keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan və Dövlət Kreml Sarayında keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və ...
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi Türkiyənin Bursa şəhərindəki Uludağ Universiteti ilə birlikdə “Cənubi Qafqazda təhlükəsizliyin yenidən dəyərləndirilməsi və Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda beynəlxalq konfrans keçirir.Konfransı açan Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov dünyanın müxtəlif ölkələrindən gəlmiş diplomat...