Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində 1982-1987-ci illərdə SSRİ Nazirlər Sovetinin katibliyində və 9-cu idarəsində çalışan əməkdaşlardan ibarət nümayəndə heyəti aprelin 22-də Heydər Əliyev Fondunda olmuşdur. Rusiyalı qonaqların arzusu ilə gerçəkləşən səfər Heydər Əliyev Fondunun dəvəti ilə həyata keçmişdir. Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ...
Aprelin 20-də Şəmkirdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən aksiyaya rayonun idarə və müəssisələrinin nümayəndələri qoşulmuşlar. Tibbi prosedurları Mərkəzi Rayon Xəstəxanası əməkdaşları və Respublika Qan Bankının həkim briqadası aparmışlar...
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının bir qrup əməkdaşı və kursantı aprelin 20-də Heydər Əliyev Fondunda olmuşdur. Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı keçirilən tanışlıq zamanı qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir. Ömrünü Azərbaycana və xalqına həsr etmiş, bugünkü müstəqil dövlətimizin qurucusu ulu öndər ...
20 aprel 2010
Azərbaycan Diplomatik Akademiyasının xarici siyasət proqramının iştirakçıları aprelin 20-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara Fondun tarixi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, əsas məqsədi ulu öndərin zəngin irsinin öyrənilməsi və təbliği olan Fond yarandığı gündən səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdə bir sıra layihələr həyata keçirmişdir...
Azərbaycanda səfərdə olan Küveyt Dövləti Milli Məclisinin qadın deputatları və Küveyt–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti aprelin 20-də Heydər Əliyev Fondunda olmuşdur. Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan Fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilmişdir...