Xəbərlər

Heydər Əliyev Fondu şəkərli diabet xəstələrinin zəruri preparatla təmin olunması sahəsində növbəti aksiya həyata keçirmişdir. Səhiyyə Nazirliyi, Azərbaycan Diabet Cəmiyyəti və “Novo Nordisk” şirkətinin ölkəmizdəki nümayəndəliyi ilə birgə həyata keçirilən layihə şəkərli diabet xəstələrinin səhhətini yaxşılaşdırmaq və pasiyentləri müasir müalicə vasitələri ilə təmin etmək məqsədi daşıyır.

HAF-IKT SAHIYYA NAZIRLARI-FOND.JPG

İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin səhiyyə nazirlərinin Bakıda keçirilən birinci iclasının iştirakçıları fevralın 5-də Heydər Əliyev Fondunda olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir...

001.jpg

Azərbaycan mədəniyyətinin inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondu xalq artisti Ağaxan Abdullayevin anadan olmasının 60 illik yubileyi münasibətilə xanəndənin musiqi albomunu nəşr etmişdir. Alboma Azərbaycan və ingilis dillərində, yüksək poliqrafik səviyyədə və nəfis tərtibatda hazırlanmış, xanəndənin həyat və yaradıcılığını ətraflı əks etdirən kitab və üç kompakt disk daxildir...

01.JPG

Bakıda səfərdə olan Küveytin ən böyük gənclər təşkilatı “LoYAC-Lothan” gənclər mərkəzinin nümayəndə heyəti fevralın 4-də Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir...

HAF-QIRGIZISTAN NUMAYANDA ZIYARAT.JPG

Bakıda səfərdə olan Qırğızıstan Məşğulluq, Əmək və Miqrasiya Nazirliyinin nümayəndə heyəti fevralın 2-də Heydər Əliyev Fondunda olmuşdur. Nümayəndə heyətinə ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir...