Xəbərlər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə noyabrın 10-da Avropa Parlamentinin mənzil-iqamətgahında ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günlərinin açılışı münasibətilə təntənəli mərasim keçirilmişdir. Avropa Parlamenti deputatlarının, Avropa İttifaqı təsisatları və Belçika hakimiyyət dairələri rəsmilərinin, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının, yerli ictimaiyyətin ...

01.JPG

Sloveniya Respublikasının Prezidenti Danilo Türk və xanımı Barbara Mikliç Türk noyabrın 9-da Heydər Əliyev Fondunda olmuşlar.Sloveniya Prezidentini və xanımını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri və fəaliyyəti barədə məlumat...

KONFRANS ISHTIRAKCHILARI-FOND TANISHLIQ.JPG

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 60 və şeyxülislamlıq fəaliyyətinin 30 illiyinə həsr olunmuş “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçıları noyabrın 7-də Heydər Əliyev Fondunda olmuşlar.Qonaqlar ümummilli liderin zəngin irsinin öyrənilməsi, ulu öndərin milli dövlətçilik ideyalarını yeni nəsillərə...

001.JPG

Noyabrın 6-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycanda səfərdə olan Gürcüstanın Patriarx Katolikosu II İlya ilə görüşmüşdür. Qonağı səmimi salamlayan Mehriban xanım Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat vermişdir...

001.JPG

Noyabrın 6-da Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Fondun humanitar yardım çərçivəsində əldə etdiyi 10 böyrək hemodializ aparatını Səhiyyə Nazirliyinə təqdim etmişdir. Tibbi avadanlıq Almaniyanın “Fresenius Medical Care” şirkəti tərəfindən Heydər Əliyev Fonduna bağışlanan növbəti humanitar yardımdır...