İstanbulda aprelin 6-7-də keçiriləcək BMT Sivilizasiyaların Alyansı təşəbbüsünün II Qlobal Forumu ərəfəsində aprelin 5-də BMT Sivilizasiyaların Alyansı Katibliyi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) birgə təşəbbüsü ilə forumdan əvvəl Gənclər Konfransı keçirilmişdir. Konfransda Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı...
Heydər Əliyev Fondu ingilis dilində Azərbaycan mətbəxindən bəhs edən buklet nəşr edib. Bukletdə Azərbaycan mətbəxinin əsrlər boyu formalaşma xüsusiyyətləri haqqında məlumat verilir. Qeyd olunur ki, Azərbaycan mətbəxi dünyanın ən zəngin, ən qədim və dadlı mətbəxlərindən biridir. Bu yalnız xörəklər və onların hazırlanma texnikası ilə bağlı deyil. Milli kimliyimizin əsasını təşkil edən tarix, fəlsəfə...
Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasının prezidenti Masno Gintinqin başçılıq etdiyi nümayəndə heyəti aprelin 3-də Heydər Əliyev Fondunda olmuşdur.Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun fəaliyyəti haqqında məlumat verildi. Ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar, sənədlər..
31 mart 2009
Rusiya Auditorlar Kollegiyası Mərkəzi Şurasının sədri Aleksandr Rufun başçılıq etdiyi nümayəndə heyəti martın 31-də Heydər Əliyev Fondunda olmuşlar. Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid eksponatlar barədə qonaqlara ətraflı məlumat verilmişdir...
Belçika Krallığı senatının qadın və kişi hüquqlarının bərabərliyi üzrə məsləhət şurasının sədri, senator xanım Dominique Tilmans martın 30-da Heydər Əliyev Fondunda olmuşdur. Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verilmişdir...