Xəbərlər

Heydər Əliyev Fondu "Təhsilə dəstək" proqramı çərçivəsində Qax, Zaqatala və Balakən rayonlarının tədrisin gürcü dilində aparılan məktəblərinin I-II sinif şagirdlərinə yeni dərsliklərin və məktəb ləvazimatının təqdim edilməsi münasibətilə sentyabrın 29-da Qax rayonunun Qax-İngiloy kənd orta məktəbində mərasim keçirmişdir. Mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva...

001.jpg

Müstəqil Dövlətlər Birliyi onkoloqları və radioloqlarının IV qurultayının iştirakçıları sentyabrın 28-də Heydər Əliyev Fondunda olmuşlar. Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fond barədə məlumat verdi. Bildirildi ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək ...

Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində Astara rayonunun Təngərüd kəndində 540 yerlik yeni məktəb binasının açılışı olmuşdur."Zirvə-A" MMC-nin inşaatçıları tərəfindən qısa müddətdə tikilən yeni məktəb binasının istilik və işıq sistemi təzələnmiş, təhsil ocağı yeni avadanlıq və ləvazimatla təmin olunmuşdur...

01_BOLGARISTAN IDMAN NAZIRI - HEYDAR ALIYEV FONDUNDA.jpg

Ölkəmizdə səfərdə olan Bolqarıstanın Gənclər və İdman İşləri üzrə Dövlət Agentliyinin rəhbəri Vesela Leçeva və nümayəndə heyətinin üzvləri sentyabrın 19-da Heydər Əliyev Fondunda olmuşdur. Fondun icraçı direktoru Anar Ələkbərov qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədlərindən danışdı...

4.JPG

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva sentyabrın 16-da Şamaxı rayonunda olmuşdur. Mehriban xanım Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda görülmüş işlərlə tanışlığa Şamaxı şəhərindəki internat məktəbindən başladı. Məktəbin müəllim və şagird kollektivi Mehriban xanımı məktəbin qarşısında...