Xəbərlər

1.JPG

Sentyabrın 12-də Polşanın paytaxtı Varşava şəhərində Heydər Əliyev Fondunun və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Qonaqlar əvvəlcə Mazovetski voyevodluğunun binası önündə Azərbaycana həsr olunmuş “İstiqamət – Azərbaycan” adlı sərgi ilə...

1.jpg
Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrin 2018-2019-cu tədris ilində birinci sinfə gedən övladlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Hədiyyələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin 13 mindən çox birinci sinif şagirdlərinə paylanıb. Heydər Əliyev Fondunun...

9.JPG

Sentyabrın 10-da Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib. Mərasimdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniç, Azərbaycanın bu ölkədəki... 

1.JPG

Bakı Kamera Musiqi Orkestrinin və Almaniya Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimov Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub. Müsabiqənin finalında...

002.JPG

Sentyabrın 5-də Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı görülən işlərin təkmilləşdirilməsinə dair birgə layihəsinin təqdimatı olub. Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilir və bu sahədə işlərə may ayından etibarən başlanılıb. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi...