Xəbərlər

ROMA6674.JPG
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən açılış mərasimi Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında...

001.JPG

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 10-da Milli Onkologiya Mərkəzinin (MOM) Uşaq Klinikasında olub. Klinikada müalicə olunan uşaqlara baş çəkən Leyla Əliyeva onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb. Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Uşaq Klinikasında aparılan müalicələr...

1.JPG

Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Zərdab şəhərində müasir arxitektura üslubunda inşa edilən 50 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. İstifadəyə verilən yeni binada nümunəvi şərait yaradılıb. Burada lazımi avadanlıqlarla təchiz edilən məşğələ və oyun, tibb, yataq, musiqi və gimnastika otaqları...

1.JPG
Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) yeni tədris ili ərəfəsində birinci sinfə hazırlaşan 600-dən çox uşağa məktəbli forması və dərs ləvazimatı hədiyyə edib. Hədiyyələr aztəminatlı ailələr, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan...

8.jpg

Avqustun 25-27-də Bakı, Mingəçevir və Gəncə şəhərlərində İsrail həkimlərinin iştirakı ilə qadınlarda müxtəlif xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinə və konsultasiyalar təşkil olunub. Layihə Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələri İsrailin Qadın Sağlamlıq Mərkəzi...