Xəbərlər

SAMUX-UCQAR KAND-YENI MAKTAB BINASI.JPG

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samux rayonunun ucqar yaşayış məntəqələrindən olan Lüksemburq kəndində yeni məktəb binası istifadəyə verilmişdir. 18 sinif otağından, iki laboratoriyadan, bir kompyuter otağından, müasir avadanlıqla təchiz edilmiş idman zalından ibarət olan ikimərtəbəli məktəb binası, eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemi ilə də təchiz edilmişdir...

M.CHUKANOVICH-FOND-TANISHLIQ.JPG

Azərbaycanda səfərdə olan Monteneqro Respublikasının sabiq Prezidenti və Baş naziri, Monteneqro Sosialistlərinin Demokratik Partiyasının sədri Milo Çukanoviç dekabrın 22-də Heydər Əliyev Fondunda olmuşdur. Qonağa Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ümummilli liderin ...

Dekabrın 21-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanası Göz Mərkəzinin yüksək ixtisaslı həkim-mütəxəssisləri Şamaxı Müalicə-Diaqnostika Mərkəzində göz əməliyyatları həyata keçirirlər.Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirmişlər ki, Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in maliyyə dəstəyi ilə həyata keçirilən humanitar aksiya 2 gün davam edəcəkdir...

002.jpg

Dekabrın 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli ictimai-siyasi xadim, milli mətbuatımızın klassiki Nəsir İmanquliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilmişdir.Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban  Əliyeva iştirak etmişdir.Filarmoniyanın foyesində Nəsir İmanquliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi açılmışdır.

01.JPG

Dekabrın 21-də Xaçmazrayonunun ənucqaryaşayış məntəqələrindənbirində - Şimali kəndində Heydər Fondunun təşəbbüsü ilə inşa edilmiş orta məktəb binasının açılışı olmuşdur. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində tikilmiş bu məktəbdə tədris rus dilində olacaqdır. Məktəbdə, eyni zamanda 120 şagird təhsil alacaqdır...