22 noyabr 2011
Noyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan beynəlxalq polis təşkilatı – İNTERPOL-un baş katibi Ronald Noblun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.Heydər Əliyev Fonduna gələn İNTERPOL-un nümayəndə heyətinə əvvəlcə Fondun məqsədi və fəaliyyəti haqqında məlumat verildi...
21 noyabr 2011
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “AMOR Liqası” çərçivəsində Moskvada təhsil alan azərbaycanlı tələbələr arasında “Nə? Harada? Nə vaxt?” yarışının seçmə oyunu keçirilmişdir.“AMOR Liqası”nın əlaqələndiricisi Natiq Əliyevin verdiyi məlumata görə...
Noyabrın 17-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu “Baku” jurnalının ingilis dilində ilk nəşrinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri, xarici ölkələrin səfirləri iştirak etmişlər...
17 noyabr 2011
Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində Nic qəsəbəsindəki 2 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir. Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur. Bildirildi ki, məktəbin 1930-cu ildə tikilmiş əvvəlki binası son dövrdə tamamilə yararsız ...
Noyabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və YUNİSEF -in ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan uşaqlarının II ümumrespublika forumu keçirilmişdir. Forumda 85 rayondan 350 uşaq iştirak etmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova...