Heydər Əliyev Fondu, Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə əməkdaşlığı çərçivəsində təşkil edilən distant Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim edilib. Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun departament direktoru, Milli Məclisin deputatı Soltan Məmmədov...