Xəbərlər

0_edit.jpg

YUNESKO-nun baş direktoru Koiçiro Matsuura Parisdə xoşməramlı səfirlərin illik iclasında iştirak edən xoşməramlı səfir, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyevanı qəbul etmişdir. Görüş zamanı Mehriban xanım Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını baş direktora çatdırmışdır...

YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban Əliyeva “2004-cü ilin ictimai xadimi” nominasiyası üzrə “Caspian Energy İnteqration Award-2005” beynəlxalq mükafatına layiq görülmüşdür. Bu ən yüksək mükafatın verilməsi barədə qərar kluba daxil olan və 30 ölkəni təmsil edən 100-dən artıq şirkətin və təşkilatın keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən qəbul olunmuşdur...

Xoşməramlı səfir, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva martın 3-4-də Parisdə, YUNESKO-nun xoşməramlı səfirlərinin illik iclasında iştirak etmək üçün Fransa paytaxtına yola düşmüşdür. Mehriban xanım Əliyevanın Parisə səfəri böyük maraq doğurur.YUNESKO-dan verilən məlumata görə, illik iclasda dünyanın bir...

1_edit.jpg

Heydər Əliyev Fondunda "Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramının reallaşdırılmasının gedişinə həsr edilmiş "dəyirmi masa" keçirilmişdir. Görüşdə Bakıdakı uşaq evlərinin və internat məktəblərin rəhbərləri, əlaqədar nazirliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl iştirakçılara bu proqramın Bakıda həyata keçirilməsinin ...

Fevralın 26-da Xocalı faciəsinin 13-cü ildönümü münasibətilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın adından Xətai rayonundakı “Vətən harayı” abidəsinin önünə əklil qoyulmuşdur. Əvvəlki gün isə Fondun nümayəndələri Pirşağı qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 2 nömrəli orta məktəbin müəllim və şagird kollektivi ilə görüşmüşlər...