Xeyriyyə tədbirləri və aksiyalar

1414167033144046608_600x400.jpg

Heydər Əliyev Fondunun dəstəyi ilə Buxarestin 5-ci sektorunda yerləşən “Müqəddəs Maria” uşaq evinə məişət texnikası, ərzaq və geyimdən ibarət humanitar yardım edilib. Uşaq evinin direktoru Yuliana Stoiçesku Heydər Əliyev Fondunun hər zaman ehtiyacı olan insanlara kömək etdiyini bildirib və bunun yüksək qiymətləndirildiyini söyləyib...

Oktyabrın 12-də Qaradağ rayonunun Lökbatan və Sahil qəsəbələrində yerləşən 19 və 23 nömrəli birləşmiş şəhər xəstəxanalarında valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları üçün sünnət aksiyası keçirilib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən aksiya zamanı 1-10 yaş arasında 120 uşaq üzərində əməliyyat aparılıb...

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə İzmir və Əskişəhərdə təhsil alan azərbaycanlı tələbələr üçün bayram şənlikləri təşkil edib. Fondun təşkilatçılığı ilə hər iki şəhərdə qurbanlıqlar kəsilərək tələbələrə, eləcə də yerli ailələrə paylanılıb. İzmirdə keçirilən mərasimdə tədbir iştirakçılarına Azərbaycanın birinci xanımı...

img_20405.jpg

Oktyabrın 1-də Pakistanın İslamabad şəhərindəki Beyt-ul-Mal kimsəsiz uşaq evində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib. İslamabad və Ravalpindi şəhərlərindəki 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş...

Biləsuvar şəhərində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən aksiyaya rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri və şəhər sakinləri qatılıblar. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində...