Xeyriyyə tədbirləri və aksiyalar

Oktyabrın 12-də Qaradağ rayonunun Lökbatan və Sahil qəsəbələrində yerləşən 19 və 23 nömrəli birləşmiş şəhər xəstəxanalarında valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları üçün sünnət aksiyası keçirilib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən aksiya zamanı 1-10 yaş arasında 120 uşaq üzərində əməliyyat aparılıb...

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə İzmir və Əskişəhərdə təhsil alan azərbaycanlı tələbələr üçün bayram şənlikləri təşkil edib. Fondun təşkilatçılığı ilə hər iki şəhərdə qurbanlıqlar kəsilərək tələbələrə, eləcə də yerli ailələrə paylanılıb. İzmirdə keçirilən mərasimdə tədbir iştirakçılarına Azərbaycanın birinci xanımı...

img_20405.jpg

Oktyabrın 1-də Pakistanın İslamabad şəhərindəki Beyt-ul-Mal kimsəsiz uşaq evində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Qurban bayramı münasibətilə xeyriyyə tədbiri keçirilib. İslamabad və Ravalpindi şəhərlərindəki 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş...

Biləsuvar şəhərində hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən aksiyaya rayonun icra strukturlarının nümayəndələri, tibb işçiləri və şəhər sakinləri qatılıblar. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində...

img_5666.jpg

Heydər Əliyev Fondu 2014-2015-ci tədris ili ərəfəsində bir sıra orta məktəblərdə qaçqın və məcburi köçkün ailələrindən, həmçinin aztəminatlı ailələrdən olan birinci sinif şagirdlərinə dərs ləvazımatları paylayıb. Sentyabrın 11-də qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdləri üçün nəzərdə tutulmuş 10 min çanta və dərs ləvazimatını məktəblərə təqdim edilib...