8 dekabr 2015
2016-cı ilin yanvarında “Əli və Nino” filminin premyerası keçiriləcək. Yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilmiş film yanvarın 21-dən 31-dək keçiriləcək ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalında nümayiş olunacaq. "Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi...
12 oktyabr 2015
Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin oktyabrın 23, 24 və 25-də təqdimatı keçiriləcək. Layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Ekran əsəri “Mosfilm” kinokonsernində istehsal olunub. Heydər Əliyev Mərkəzində təşkil olunacaq təqdimat mərasiminin ilk günündə filmin yaradıcı heyəti iştirak edəcək...
Heydər Əliyev Fondu tərəfindən avqustun 29-dan Parisin Pale Royal meydanında “Azərbaycan şəhərciyi” təşkil olunacaq. “Azərbaycan Parisin ürəyində” adlanan şəhərcik sentyabrın 9-dək fəaliyyət göstərəcək. Parisdə artıq ikinci dəfə təşkil olunan “Azərbaycan şəhərciyi”ndə ölkənin tarixi, mədəniyyəti, xalq sənətkarlığı, adət-ənənələri, milli mətbəxi təqdim olunacaq...
13 iyul 2015
İyulun 14-dən 31-dək Heydər Əliyev Fondunun təşkilatçılığı İyulun 14-dən 31-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, milli və caz musiqisinin, ənənə və müasirliyi yaşadan incəsənətimizin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub...
İyulun 25-dən 31-dək Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Builki festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər – İtaliya simfonik Orkestri, “Moskva virtuozları” kamera orkestri...