P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyinə həsr olunmuş konsert keçirilib. Gecə Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunub. BMA-nın rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli tədbiri giriş sözü ilə açaraq konsertin təşəbbüskarı...