8 iyun 2015
İyunun 8-də Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun layihəsi olan yeni ekspozisiya açılıb. Bu, Azərbaycanın təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən “XX-XXI əsr Azərbaycan rəngkarlığı” ekspozisiyasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva...
İyunun 8-də Dövlət Bayrağı Meydanı ərazisində Heydər Əliyev Fondunun layihəsi olan Daş salnamə muzeyinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva muzeylə tanış olublar. 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin...
29 may 2015
Mayın 29-da Heydər Əliyev Mərkəzində beşinci “Muğam televiziya müsabiqəsi”nə yekun vurulub. Müsabiqə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilib. 5-ci Muğam müsabiqəsinin iştirakçılarının çıxışları ilə...
Almaniyanın Frankfurt-Mayn şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib. Açılış mərasimində çıxış edən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov bu mədəniyyət gecəsinin Azərbaycan Respublikasının birinci xanımı...
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı mayın 24-də başa çatıb. Heydər Əliyev Sarayında keçirilən bağlanış konsertinin tamaşaçıları arasında görkəmli mədəniyyət və incəsənət xadimləri, o cümlədən festivalın bədii rəhbəri Olqa Rostropoviç də olub...