17 sentyabr 2014
Sentyabrın 17-də Qobustanın UNESCO-da tanıtımı çərçivəsində “Qobustan kölgələri” baletinin nümayişi və Qobustanın qayaüstü rəsmlərinin fotoşəkillərindən ibarət sərginin açılışı olub. UNESCO-nun mənzil-qərargahına gələn Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva qurumun baş direktoru İrina Bokova ilə görüşüb...
16 sentyabr 2014
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi münasibətilə sentyabrın 16-da Strasburqun “Musiqi və Konqreslər sarayı”nda “Qobustan kölgələri” baleti nümayiş olunub. Əsərin təqdimatı Heydər Əliyev Fondunun, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və daimi nümayəndəliyin birgə təşkilatçılığı ilə baş tutub. Mədəniyyət və turizm...
28 avqust 2014
Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən bu muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələr var. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub...
26 avqust 2014
Avqustun 26-da Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdilər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev muzeydə görülən işlərlə bağlı dövlətimizin başçısına...
1 avqust 2014
Qəbələdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Musiqi Festivalı avqustun 1-də başa çatıb. Festivalın sonuncu musiqi axşamında Yohannesburq Filarmonik Orkestrinin “Viva opera” adlı konsert proqramı təqdim edilib. Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin...