Aprelin 30-da Azərbaycan Milli Konservatoriyasında Milli Muğam Müsabiqəsinin qaliblərinin adı açıqlanıb və onlar mükafatlandırılıblar. Müsabiqə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilib. Əvvəlcə müsabiqənin münsiflər heyəti təqdim olunub...