Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII “Muğam” Televiziya Müsabiqəsinə start verilib. Müsabiqənin ilk açılış günündə böyük muğam şənliyinə tanınmış mədəniyyət və elm xadimlər, yaradıcı ziyalılar və gənclər qatılıblar. Gecənin aparıcıları Mümtaz Xəlilzadə və Natəvan Osmanlı...