Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 15-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin önündə tədbir keçirilib. Əvvəlcə tanınmış şairlərin Qarabağ mövzusunda şeirləri səsləndirilib. Sonra gənc şairlərin “Yeni nəfəs” layihəsi üzrə çıxışları olub. Beləliklə, Qarabağ torpağında yenidən şeir, qəzəl sədaları yayılıb, muğam səslənib...