Sosial

Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonundakı Sadaxlı kəndi Borçalının ən böyük azərbaycanlı kəndlərindəndir. Heydər Əliyev Fondu kənd mədəniyyət evinə 50 adda bədii kitablar hədiyyə etmişdir. Kitabları Azərbaycanın Gürcüstandakı səfirliyindən qəbul edən mədəniyyət evinin direktoru Fərhad Cəlilov qayğı və diqqətə görə respublika rəhbərliyinə, Heydər Əliyev Fondunun ...

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Şamaxıdakı qədim Cümə məscidi əsaslı şəkildə yenidən qurulur. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində aparılan yenidənqurma işləri tarixi keçmişimizə və dini-mənəvi dəyərlərimizə himayədarlıq missiyasının daha bir gerçək sübutudur.Bütün Cənubi Qafqazda ikinci, indiki Azərbaycan...

Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıqtipli uşaq evində valideyn himayəsindən məhrum olan uşaqlar üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə bayram şənliyi keçirilmişdir.Şəhərdəki sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi internat məktəbinin və ərazidə yerləşən məktəbəqədər tərbiyə müəssisələrinin uşaqlarının da iştirak etdikləri mərasimdə balacalar...

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları Böyük Vətən Müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Moskvada yaşayan azərbaycanlı veteranları evlərində təbrik etmişlər. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın adından veteranlara hədiyyələr, habelə Fondun dəstəyi ilə nəşr olunmuş...

Salyanda mənzil problemi olan 150 ailə üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə fərdi ev tikintisinə başlanmışdır. Yeni yaşayış sahəsi şəhərin Plastik adlanan məhəlləsində salınır. Artıq 10-dan çox evin bünövrəsi qoyulmuşdur. Hər birinin yaşayış sahəsi 300-600 kvadratmetr olacaq yeni mənzillərin bir hissəsi sakinlərin ixtiyarına bu il veriləcəkdir...