ruminiya-madaniyyat-institut-sazish.jpg
12 fevral 2013

Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi ilə Rumıniyanın Mədəniyyət İnstitutu arasında əməkdaşlıq sazişi imzalanıb

Fevralın 12-də Rumıniya Mədəniyyət İnstitutu ilə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi arasında əməkdaşlıq sazişi imzalanıb. Tədbirdə Rumıniya Mədəniyyət İnstitutunun sədri Andrei Marqa, sədr müavini Horia Garbea, İnstitutun şöbə rəisləri, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin müşaviri Fərid Əbdinbəyov və Rumıniya dövlət KİV-lərinin nümayəndələri iştirak ediblər.

 

İqbal Hacıyev Rumıniyada Heydər Əliyev Fondunun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib və yeni imzalanmış əməkdaşlıq sazişinin Rumıniyada mədəniyyət layihələrinin həyata keçirilməsi üçün böyük dəstək olduğunu vurğulayıb. Sədr Andrei Marqa Heydər Əliyev Fondunun Rumıniyadakı fəaliyyətinə yüksək önəm verdiyini bildirib. Sədr yeni imzalanmış sazişin iki xalq arasında olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləyib.


Tədbirin sonunda Andrei Marqaya Heydər Əliyev Fondu tərəfindən hazırlanmış suvenirlər təqdim edilib.

 

Rumıniya Mədəniyyət İnstitutu dövlət qurumu olaraq, 2003-cü ildə rumın mədəniyyətinin Rumıniyada və Rumıniyanın xaricində təbliğatı üçün yaradılıb. Onun 18 ölkədə nümayəndəliyi var. Ali məktəb bu ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə sıx əməkdaşlıq edir.


FOTO