0.jpg
1 oktyabr 2012

Buzovna çimərliyində təmizlik aksiyası keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Buzovna çimərliyində təmizlik aksiyası keçirilib.


“Təmiz Şəhər” ASC-dən bildiriblər ki, çimərlik mövsümündən əvvəl və sonra iməciliklərin keçirilməsi artıq ənənə halını alıb. Budəfəki aksiyanın məqsədi şəhərimizin qonaqları üçün təmiz və gözəl istirahət şəraiti yaratmaq, paytaxt sakinlərini ətraf mühiti çirkləndirməkdən çəkindirməkdir. 

 

“Təmizlik naminə” devizi ilə keçirilən aksiyada bir daha “Xəzərin sahillərinin ekoloji sağlamlığı hər birimizdən asılıdır” mesajı ictimaiyyətin diqqətinə çatdırıldı.

 

Aksiyaya qəsəbə sakinləri, xüsusilə gənclər qoşulub. Nəqliyyat, köynək, papaq və əlcəklərlə təmin edilmiş aksiya iştirakçıları tərəfindən çimərlik ərazisi müxtəlif məişət tullantılarından təmizləndi.

 

Toplanan bütün tullantılar hazırda sınaq rejimində fəaliyyət göstərən tullantıların çeşidlənməsi zavoduna daşınıb.


Paylaş: