1.jpg
24 aprel 2015

Bakıda növbəti ağacəkmə aksiyası keçirilib

Aprelin 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri, Səməd Vurğun küçəsi 109 ünvanında məhv edilmiş 16 ağacın yerində 21 ədəd böyük ağac əkilib.

 

Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən dəstəklənən ağacəkmə aksiyasına paytaxtın müxtəlif yerlərindən 100-dən çox gənc qoşulub. Tədbir zamanı bildirilib ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə layihəsi olan “Ağacların kəsilməsinə yox” proqramı çərçivəsində son bir ildə Bakı şəhərində qanunsuz ağac kəsilməsi ilə bağlı vətəndaşlardan daxil olmuş 125 şikayətə baxılıb və onların müsbət həlli istiqamətində işlər görülüb. Proqramın uğurlu icrası nəticəsində paytaxtda yaşıllıqların məhv edilməsi hallarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.


IDEA-nın yaşıllaşdırma layihələrinin məqsədi ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək, eləcə də ətraf mühitin mühafizəsi işində ictimai nəzarəti gücləndirməkdir.


IDEA İctimai Birliyi vətəndaşları Bakı şəhərində yaşıllıqların qorunmasına töhfə verməyə və üzləşdikləri qeyri-qanuni ağac kəsilməsi halları ilə bağlı xüsusi yaradılmış qaynar xəttə (bütün mobil operatorlar və şəhər telefonlarından 1113) məlumat verməyə çağırır.


FOTO