1.JPG
24 fevral 2022

Heydər Əliyev Fondunun təşəbbüsü ilə paytaxtdakı Eldar şamlarının qorunması üzrə işlər davam etdirilir

Heydər Əliyev Fondunun dəvəti ilə hazırda ABŞ-dan olan mütəxəssislər paytaxtdakı Eldar şamlarının müayinəsini həyata keçirirlər.

 

Qeyd edək ki, bundan əvvəl rusiyalı mütəxəssislər də Eldar şamlarının qurumasının qarşısının alınması ilə bağlı müayinə işlərinə və laborator araşdırmalara başlamışdılar.

 

Hazırda amerikalı mütəxəssislər Bakının müxtəlif yerlərində Eldar şamlarının müayinəsini apararaq son dövrlərdə bu növ ağacların qurumasının səbəblərini araşdırırlar. Fevralın 22-dən etibarən 300-dək ağac müayinə edilib. Ağacların qurumasının səbəblərinin aradan qaldırılması üzrə pilot layihəyə başlanılacaq və bəzi ağaclara xüsusi kapsullar vasitəsi ilə dərmanlar veriləcək. 


FOTO