003.gif
24 aprel 2013

Maliyyə Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Maliyyə Nazirliyinin əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar aprelin 24-də Heydər Əliyev Fondunda olublar.


Qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib, qurumun ümummilli liderin zəngin irsini öyrənərək təbliğ etdiyi qeyd olunub. Bildirilib ki, Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə köməklik göstərir.


Maliyyə Nazirliyinin əməkdaşları Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara baxıblar. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonra qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO

VİDEO

Paylaş: