001.gif
29 aprel 2013

Ali Məhkəmənin əməkdaşları Heydər Əliyev Fondunda olublar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin əməkdaşları aprelin 29-da Heydər Əliyev Fondunda olublar.


Ali Məhkəmənin əməkdaşlarına Fondun fəaliyyəti barədə məlumat verilib, onun ümummilli liderin zəngin irsini öyrəndiyi və təbliğ etdiyi, müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına köməklik göstərdiyi qeyd olunub.


Bildirilib ki, Heydər Əliyevin rəhbərliyi ilə ölkədə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulub, ulu öndərin rəhbərliyi və bilavasitə iştirakı ilə hazırlanmış, 1995-ci ilin noyabrında ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin mənbəyinin xalq olmasını rəsmiləşdirməklə demokratik hüquqi dövlət quruculuğunun və məhkəmə-hüquq sisteminin əsaslarını, insan hüquq və azadlıqlarının müdafiəsi üçün hüquqi bazanı müəyyənləşdirib. Ümummilli Liderin Məhkəmə hakimiyyətinin demokratik dövlət hakimiyyətinin müstəqil qolu kimi bərqərar olması və inkişafı sahəsində islahatların həyata keçirilməsi, eləcə də insanların hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin reallığa çevrilməsi istiqamətində tövsiyə və göstərişləri də uğurla reallaşdırılıb.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara nəzər yetirən Ali Məhkəmənin əməkdaşları görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonda qonaqlar Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO

VİDEO