загруженное.jpg
1 may 2013

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim və şagirdləri Heydər Əliyev Fondunda olublar

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllim və şagirdlərinin bir qrupu ümummilli liderin anadan olmasının 90 illiyi münasibətilə mayın 1-də Heydər Əliyev Fondunda olublar.


Ziyarətçilərə Fondun fəaliyyəti haqqında məlumat verilib, qeyd olunub ki, ümummilli liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin tanıdılmasına köməklik göstərir.


Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan şəkillərə və eksponatlara nəzər yetirən ziyarətçilər görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə də tamaşa ediblər.


Sonda təhsil kompleksinin müəllim və şagirdləri Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filminə baxıblar.


FOTO

VİDEO