Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası mədəniyyət və turizm işçiləri ilk ərazi təşkilatının üzvləri mayın 6-da Heydər Əliyev Fondunda olublar.
Qonaqlara Fondun fəaliyyəti haqqında məlumat verilib. Bildirib ki, ümummilli liderin zəngin irsini öyrənərək təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.
Qonaqlar ümummilli lider Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olublar.
Sonda Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmi nümayiş olunub.