29 yanvar 2009

Heydər Əliyev Fondunun təqdim etdiyi kitablar Mexiko şəhərindəki İberoamerika Universitetinin kitabxanasına təqdim olunub

Azərbaycanın Meksikadakı nümayəndəliyi Heydər Əliyev Fondunun təqdim etdiyi kitabları - “Qarabağ həqiqətləri”, “La Mitomania Armenia” (ispan dilində), habelə Çingiz Fərzəliyevin “Azərbaycan rəngkarlığı” antologiyasını Mexiko şəhərindəki İberoamerika Universitetinin (Universidad Iberoamericana) nəzdində fəaliyyət göstərən Latın Amerikasının ən böyük kitabxanalarından birinə bağışlayıb.

 

Kitabxananın rəhbəri professor V. H. Betankurt Azərbaycan nümayəndəliyinin əməkdaşlarına təşəkkürünü bildirərək qeyd edib ki, kitabların Azərbaycan haqqında həqiqətlərin öyrənilməsində, tələbələrə elmi tədqiqat işlərin aparılmasında da yardım olacağına ümid edir. Qeyd edək ki, İberoamerika Universitetində bütün Amerika qitəsindən, habelə bir sıra digər Avropa dövlətlərindən 10 minədək tələbə təhsil alır. Həmin kitabxanada Meksikanın ilk mətbu nəşrlərinin orijinalları ilə yanaşı, orta əsrlərə aid kitablar da saxlanılır.