2011-ci il aprelin 19-da YUNESKO-da Azərbaycan xalçalarının sərgisi açılıb. Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESKO-nun baş direktoru İrina Bokova iştirak edib.
Sərgidə coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunub. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha sübut etdi.
Sərgidə xalq rəssamı Tahir Salahovun rəsm əsərlərinin xalça üzərində toxunmuş nümunələri də təqdim olunurdu.
Açılış mərasimindən sonra Azərbaycanın gənc istedadları möhtəşəm konsert proqramı ilə çıxış etdilər.