2011-ci il fevralın 17-də Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfirliyinin təşəbbüs və dəstəyi ilə Parisdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin yenidən bərpa edilməsinin 20-ci ildönümünə və “Azərbaycan” kitabının fransız dilində təqdimatına həsr olunmuş mərasim keçirilib. Fondun Prezidenti Mehriban Əliyeva və Fransa hökuməti üzvlərinin iştirakı ilə keçən tədbir çərçivəsində Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı təqdim olunub.
Tədbirdə misgərlik əşyalarından və Qarabağ xalçaçılıq məktəbinin gözəl nümunələrindən ibarət sərgi təşkil olunub. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olundu.