2009-cu ildə Heydər Əliyev Fondu Rumıniyalı məktəblilərin Azərbaycana səfərini təşkil edib. Səfər Buxarest meriyası ilə gənclər sahəsində əməkdaşlıqla bağlı əldə olunmuş razılıq əsasında həyata keçirilib. Əməkdaşlıq çərçivəsində Azərbaycan məktəbliləri də Rumıniyaya qarşılıqlı səfər ediblər.
Layihə məktəblilərin dünyagörüşünü genişləndirmək, onlara Azərbaycanı, onun tarixini və zəngin mədəniyyətini tanıtmaq məqsədi ilə həyata keçirilir.