2013-cü il oktyabrın 16-da Yekaterinburq rəhbərinin kitabxanasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə “Azərbaycan Respublikası” mövzusunda daimi fəaliyyətdə olan sərgi açılıb.
Ekspozisiyada Azərbaycana aid müxtəlif nəşrlər, videomateriallar, CD-lər nümayiş olunur.
Ekspozisiyanın gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulub.