Miluzda Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş sərgi və konsert

  • Layihə
  • Foto
  • Mətbuat


2013-cü il dekabrın 10-da Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın Miluz şəhərində Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil olunub.

 

Miluzun Tanpl San-Etyen kilsəsində təşkil olunan konsertdə Üzeyir Hacıbəylinin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Şəfiqə Axundovanın və başqalarının əsərləri ilə yanaşı, xalq mahnıları və Məhsəti Gəncəvinin sözlərinə bəstələnmiş musiqilər ifa edilib, şairənin fransız dilinə tərcümə olunan rübailəri səsləndirilib.

 

“Fundari” sarayında təşkil olunmuş sərgidə Məhsəti Gəncəvi dövrünə məxsus qadın geyimləri, xalçalar üzərində şairənin əsərlərinə çəkilən illüstrasiyalar, qədim pul vahidləri, misgərlik və dulusçuluq sənət nümunələri, çini qablar və digər eksponatlar nümayiş etdirilib.

 

Sərgi dekabrın 20-dək davam edib.



0.jpg
0+.jpg
0++.jpg
0+++.jpg
01.jpg
02.jpg
04_.jpg
06.jpg
08.jpg
09.jpg
09+.jpg
010_.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg
022.jpg
023.jpg
024.jpg
024+.jpg
024++.jpg
025.jpg
026.jpg

Heydər Əliyev Fondu Azərbaycanı Fransada layiqincə tanıdır. Bu fikir Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə Miluz şəhərində keçirilən tədbirlərlə bağlı “Alzasın son xəbərləri” qəzetində dərc edilmiş “Bir şairənin həssaslığı” sərlövhəli məqalədə yer alıb. Məqalədə Miluzun “Fonderi” sərgi salonunda...

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Fransanın Reyms və Miluz şəhərlərində dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə keçirilmiş tədbirlər, Azərbaycanın Fransada təşkil olunmuş beynəlxalq yarmarkada iştirakı yerli mətbuatda geniş işıqlandırılıb. Fransanın “L’union” qəzetində Reyms...