2013-cü il iyulun 6-da Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində Əməkdar Artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub.
Konsertdən sonra təqdim olunan “Milli mətbəx günü”ndə qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.