Düsseldorfda Azərbaycan mədəniyyəti gecəsi

  • Layihə
  • Foto
  • Video
  • Mətbuat


2014-cü il noyabrın 4-də Almaniyanın Düsseldorf şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib. “Düsseldorf Teatr Evi”ndə keçirilən gecədə Azərbaycan caz musiqisi ustası Elçin Şirinov və Böyük Britaniya caz ustaları Deyv Hamblet və Sem Lasersonun ifasında konsert proqramı təqdim olunub.


Tədbir iştirakçılarına “Azərbaycanda alman izləri” fotosərgisi və “Almaniya bir rəssamın gözü ilə” adlı rəsm müsabiqəsinin qaliblərinin əsərlərindən ibarət ekspozisiya nümayiş etdirilib, Heydər Əliyev Fondunun yeni nəşri olan “Azərbaycanda alman izləri” kitabı paylanılıb. Berlin Humboldt Universitetində “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Eva Maria Auxun yaxından iştirakı ilə hazırlanmış kitabda almanların Azərbaycanda məskunlaşması tarixi baxımdan şərh edilib, elmi faktlar, xəritələr, fotolar öz əksini tapıb.


Tədbirdə Şimali Reyn-Vestfal federal torpağı parlamentinin deputatları, Almaniyanın ictimai-siyasi və mədəniyyət dairələrinin, bu ölkədə akkreditasiya olunmuş diplomatik korpusun və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.



Paylaş:

01.jpg
1-DSC_0888.jpg
2-DSC_0895.jpg
3-DSC_0942.jpg
4-DSC_0998.jpg
5-DSC_1024.jpg
6-DSC_1036.jpg
7-DSC_1047.jpg
8-DSC_1052.jpg
9-D89C0214.jpg
10-DSC_1109.jpg
11-DSC_1130.jpg
12-D89C0231.jpg
13-DSC_1332.jpg
14-D89C0332.jpg
15-DSC_1382.jpg
16-D89C0359.jpg
17-D89C0371.jpg

Deyəsən, bütün işlər hər bir azərbaycanlıya tanış olan, muğam ənənələrində improvizasiyaya söykənən milli musiqidədir... Bəlkə, hər şey qafqazlıların iftixar hissi olan dünya ictimaiyyətinə açıqlıq və tolerantlıq meyllərindən irəli gəlir? Təsadüfi deyil ki, Bakı caz səhnəsi dünyada ən canlı səhnələrdən biri sayılır. Pianoçu Elçin Şirinov və onun...