2015-ci il yanvarın 22-də İsveçrənin Davos şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə “Bakı 2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasimə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri də qatılıblar.
Tədbir çərçivəsində “Bakı-2015”ə həsr olunmuş “Biz birlikdə” adlı sərgi təşkil olunub. Bürünc heykəllərdən ibarət sərgidə Azərbaycanın 20-dən çox heykəltəraşının əsərləri nümayiş etdirilib. Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletlər təqdim olunub.
“Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimatdan sonra ziyafət verilib.
Mərasim konsert proqramı ilə davam edib.
24 yanvar 2015
“Bakı-2015” birinci Avropa Oyunlarının cümə axşamı Davosda keçirilmiş təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışını bu sözlərlə bitirib. Bu qəbildən olan başqa nüfuzlu görüşlərdə olduğu kimi, Davos forumunda da bir sıra mühüm hadisələr sonradan translyasiya edilmək üçün yazılan “dəyirmi masa”larda deyil, xudmani məclislərdə baş verir...