2015-ci il mayın 26-da Almaniyanın Frankfurt-Mayn şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib.
Mərasimdə 500-dən artıq qonaq iştirak edib. Tədbir iştirakçıları sırasında Hessen federal torpağının hökumət və parlament nümayəndələri, Frankfurt-Mayn şəhər bələdiyyəsinin üzvləri, Almaniyada akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri, Almaniyanın ictimai-siyasi, mədəni, elmi dairələri və mətbuat təmsilçiləri olub.
Tədbir iştirakçılarına “Azərbaycanda alman izləri” fotosərgisi nümayiş etdirilib.
Mərasim caz musiqi ustaları Elçin Şirinov, Deyv Hamblet və Andrea di Biase ifasında möhtəşəm konsert proqramı ilə davam edib.