“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi

  • Layihə
  • Foto
  • Video


2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi çəkilib. 2015-ci il mayın 4-də Heydər Əliyev Mərkəzində filmin təqdimatı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Arzu Əliyeva təqdimat mərasimində iştirak ediblər.

 

Faşizm üzərində qələbənin 70 illik yubileyinə həsr olunmuş filmin çəkilməsində məqsəd Azərbaycan xalqının faşizm üzərində qələbədə rolunu bütün dünyaya göstərmək və eyni zamanda bu tarixi həqiqəti gələcək nəsillərə çatdırmaqdır.

 

Filmdə ikinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır.

 

Layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).

 

Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin çəkilişləri 14 ay davam edib. Film üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb. Filmdə Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bugünədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.

 

Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.



Paylaş:

0.jpg
1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg
7.jpg
8.jpg
9.jpg