Heydər Əliyev Fondunun təşəbbüsü ilə İsmayıllı və Evian-le-Bən şəhərləri arasında imzalanmış dostluq və əməkdaşlıq xartiyası çərçivəsində Fransanın Evian şəhərində Leman gölü sahilində “Azərbaycan parkı” salınıb.2017-ci il iyulun 3-də parkın rəsmi açılışı olub.
“Azərbaycan parkı”nın və parkda “Dostluq” bulağının açılışından sonra görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi olub.
Xurşidbanu Natəvanın heykəlinin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir.