Azərbaycan Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə 61-ci Venesiya Biennalesində – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunub.
Əməkdar rəssam Faiq Əhmədin “Diqqət” (The Attention) layihəsinin konseptual əsasını böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin fəlsəfi irsi təşkil edib.
Pavilyonun mərkəzində rəssamın bədii təcrübəsində əsas və təkrarlanan element olan xalça təqdim edilib.
Layihənin ən diqqətçəkən xüsusiyyətlərindən biri isə ənənəvi incəsənətlə qabaqcıl texnologiyaların sintezidir. Ekspozisiyada hürufi fəlsəfəsi ilə müasir kvant fizikası arasında paralellər qurulub.