Masazır qəsəbəsində 5 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Müəssisənin tikintisinə 2015-ci ildə başlanılıb və 2017-ci ilin oktyabrında inşaat işləri başa çatıb. 2017-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktəbin açılışında iştirak edib.

 

Məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Burada 41 sinif otağı, kitabxana, 163 yerlik akt zalı, yeməkxana, iki emalatxana, idman salonu, fizika, kimya və biologiya laboratoriyaları var. Təhsil müəssisəsi 1200 şagird yerlikdir.



04_PREZIDENT_MAKTAB_MASAZIR.JPG
05_PREZIDENT_MAKTAB_MASAZIR.JPG
06_PREZIDENT_MAKTAB_MASAZIR.JPG
07_PREZIDENT_MAKTAB_MASAZIR.JPG