Xəzər rayonunun Şüvəlan qəsəbəsində 4 nömrəli respublika xüsusi internat məktəbi

  • Layihə
  • Foto
  • Video


Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 4 nömrəli respublika xüsusi internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub.

 

Müəssisə 1967-ci ildən fəaliyyət göstərir. 2013-cü ildə məktəb sökülərək yenidən inşa edilib. 2015-ci il noyabrın 23-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yenidənqurmadan sonra məktəbin açılışında iştirak edib.

 

160 uşaq üçün nəzərdə tutulan məktəbdə tədris, yataq korpusları, tibb məntəqəsi tikilib. Məktəbin nəzdində fəaliyyət göstərən Reabilitasiya Mərkəzi üçün ikimərtəbəli Reabilitasiya-İnkişaf Mərkəzi inşa edilib. Mərkəz sağlamlıq imkanları məhdud 100 məktəbəqədər uşaq üçün nəzərdə tutulub.

 

İnternat məktəbdə dulusçuluq, xalçaçılıq, dülgərlik, çilingərlik, tikiş, toxuculuq, rəssamlıq kimi yeni peşə kabinetləri yaradılıb. Məktəbdə uşaqların asudə vaxtının səmərəli təşkili və istirahəti üçün qapalı üzgüçülük hovuzu və idman zalı fəaliyyət göstərir. Müəssisənin həyətində kölgəliklər, açıq futbol meydançası yaradılıb.



006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG